Azərbaycanda ağır yol qəzası: 6 nəfər öldü

Azərbaycanda ağır yol qəzası: 6 nəfər öldü

Qəzada iki "VAZ" avtomobili toqquşub

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-21015" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az