Azərbaycanda bu deputatın qardaşı 5 milyon manatlıq tender uddu – FOTO

Azərbaycanda bu deputatın qardaşı 5 milyon manatlıq tender uddu – FOTO

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "Azərsu” ASC-nin avqust ayının 5-də yekun vurduğu satınalmanın məbləği 5.115.050 manat, qalibi isə "Arko Təmir Tikinti Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Arko Təmir Tikinti Şirkəti” 2011-ci ilin aprel ayında təsis edilib.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Əhmədov Rasim Qazməmməd oğludur.

"Arko Təmir Tikinti Şirkəti” MMC-nin fəaliyyət profili, maddi texniki bazası barədə açıq internet resurslarında məlumat yoxdur.
https://www.aztoday.az/wp-content/uploads/2022/04/vahidd-300x160.jpg 300w" sizes="(max-width: 750px) 100vw, 750px" style="padding: 0px; margin: 0px auto; list-style: none; border-width: 0px; outline: none; box-sizing: border-box; max-width: 100%; height: auto; display: block;" />
Vahid Əhmədov
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Arko Təmir Tikinti Şirkəti” MMC-nin qanuni təmsilçisi Rasim Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşıdır.

 

Vahid Əhmədov Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, 1992-1994-cü illərdə Baş nazirin müavini, Baş nazirin birinci müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 14-də Şəmkir və Cəlilabad rayon icra Hakimiyyətlərinin başçılarını qəbul edərkən çıxışında bəzi vəzifəli şəxslərin tenderdə yol verdikləri korrupsiya faktına toxunaraq dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə vəzifəli şəxslərə yaxın olan şirkətlərin qalib gəldiyini bildirirdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az