Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov Texas ştatına səfər edib və ABŞ-ın sabiq prezidenti ata Corc Buşla görüşüb. Corc Buşun Hyuston şəhərindəki ofisində keçirilən görüşdə səfir Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibəti ilə sabiq prezidentə fəxri fərman təqdim edib.
Corc Buş səfirlə söhbətində Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevlə 2000-ci ildə keçirdiyi görüş xatirələrini bölüşüb.
Bu barədə “Vətəninfo.az” AzərTAc-a istinadən xəbər verir.
ABŞ-ın 41-ci prezidenti Corc Buş 1989-1993 illərdə hakimiyyətdə olub. Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulması və Bakıda ABŞ səfirliyinin açılması qərarı onun hakimiyyətdə olduğu dövrdə qəbul edilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR