Azərbaycanlı modelyer, ölkənin baş bankiri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın rəhbərlik etdiyi "Gyunel" moda evinin "33 by Gyunel" kolleksiyasına daxil olan aksessuarların Parisdə təqdimatı keçirilib.
Axşam.az-ın məlumatına görə, brendin "The Westin Paris - Vendôme" otelində baş tutan təqdimatında moda dünyasının tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbir maraqlı şou ilə başlayıb: Gyunel çantalarının fərqliliyini diqqətə çatdırmaq məqsədilə qurulan tamaşada pantomim aktyorları iştirak ediblər.
Qeyd edək ki, ötən il Londonda keçirilən xeyriyyə hərraclarından birində Gyunel brendinin çantası 10 min 200 avroya satılmışdı. Dəridən hazırlanan və üzərində məşhur siyasətçi Con Lanqdonun ambiqramı əks olunan çanta Günel Rüstəmovanın "33 by Gyunel" aksessuar kolleksiyasına daxildir. Satışlardan əldə olunan gəlir Böyük Britaniyanın Kar uşaqların ictimai təşkilatı və Azərbaycanın "Uşaqların xoşbəxt gələcəyi" ictimai birliyinin hesabına köçürüldü.

Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR