İyunun 8-10-da Moldovanın paytaxtı Kişnyov şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 45-ci sessiyası Azarbaycan nümayəndə heyətinin növbəti uğuru ilə başa çatıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, iyunun 8-də keçirilən Daimi Komitə iclasında Rusiya və Ukrayna nümayəndə heyətləri başçılarının qarşılıqlı ittihamları kəskin şəkil alıb və nəticədə nümayəndə heyətləri biri-birlərinin mandatlarını tanımaqdan imtina ediblər.
İki gün davam edən müzakirələrdə QDİƏT Parlament Assambleyasının Baş Katibi Asəf Hacıyevin, Azərbaycan nümayəndə heyətinin səyləri və barışdırıcılıq missiyası nəticəsində tərəflər razılığa gəlib, bütün mandatlar təstiq edilib.
Azərbaycan nümayəndə heyətinin təklif etdiyi QDİƏT Parlament Assambleyasının Reqlamentinə bir sıra dəyişikliklər və hazırlanmasında fəal iştirak etdiyi yeni Deklorasiya müddəaları erməni nemayəndə heyətinin etirazına baxmayaraq böyük səs çoxluğu ilə qəbul edilib.
Baş Assambleyada təşkilati məsələlərə də baxılıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev yekdilliklə Qara Dəniz İqtisadi Əməkdaşllq Təşkilatı Parlament Assambleyasının Vitse-prezidenti və Büro üzvü seçilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL