Diaspor Jurnalistləri Birliyinin İlk Avropa Oyunları ilə bağlı növbəti yazısı İtaliya mediasında dərc olunub.
Vətəninfo.az xəbər verir ki, DJB-nin İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu və İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dündar Kesaplının həmmüəllifliyi ilə “Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır” başlıqlı yazı ingilsdilli “italianinsider.it” saytında yerləşdirilib.
Yazıda ilk Avropa Oyunlarının hər dörd ildən bir keçiriləcəyi qeyd olunur və bu Oyunların birinci dəfə Azərbaycanın qəbul etmək şərəfinə nail olduğu vurğulanır. Məqalədə Azərbaycanda İlk Avropa Oyunları ilə bağlı aparılan hazırlıq işlərindən danışılır. Bildirilir ki, Azərbaycan “Bakı-2015” yarışlarında 6 min idmançını salamlamağa hazırdır. Yazıda İlk Avropa Oyunlarında iştirak edəcək atletlərin 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansının olduğu bildirilir.
Yazıda “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin İdman şöbəsinin müdiri Pierce O'Callaghanın fikirlərinə də yer verilib: “Təşkilati nöqteyi-nəzərdən biz hər şeyə hazırıq. Biz bütün görüş yerlərini, idman zallarını yoxlamışıq. Bizim əhval-ruhiyyəmiz çox yüksəkdir. Həyəcanla ilk Avropa Oyunlarının açılış mərasimini gözləyirik”.
Məqaləni ilə bu link vasitəsi ilə oxumaq olar:
http://www.italianinsider.it/?q=node%2F296
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL