"Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun ailə üzvlərinin lüks həyatı hər kəsə məlumdur.
Minval.info xəbər verir ki, milyonçunun oğlu və qardaşı uşaqları bahalı maşınları sevir. Amma onların sevgisi təkcə avtomobillə kifayətlənmir. Belə ki, işləmədən pul "qazanan” oliqarx övladları göstərişi həddindən artıq sevirlər. Bu sevgilərini villalarının, avtomobillərinin, lüks həyatlarının fotolarını paylaşmaqla maksimum şəkildə göstərirlər.
Deyəsən gənc milyonçular 200 rəqəmini də çox sevirlər. Elə buna görə də, 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillər Axundovun ailəsinə məxsusdur.
Ailənin ərköyün gənclərindən biri də Emin Əliyevdir. Emin də lüks həyatını gizli saxlamağı sevmir. Buna görə də, rahat şəkildə 450 min dollar qiyməti olan "Lamborghini Huracan” avtomobili ilə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşır.
Həmin fotolardan bəzilərini sizlərə təqdim edirik:
Qeyd edək ki, "Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşalrın aldadılması məsələsi gündəmə gəlib.
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion