Vətəninfo.az Strateq.az-a istinadla xəbər verir ki, İraq hökuməti Mosula böyük miqyaslı hərbi əməliyyata hazırlanarkən, əsl sürpriz İŞİD-dən gəldi. Ordu yetkililərinin “Andolu Agentliyi”nə verdiyi məlumata görə, İŞİD şok bir həmləylə Bağdadın 30 km-liyinə qədər irəliləyib. Bu ərazilərdəki çox önəmli strateji məkanları ələ keçirən terror təşkilatının Bağdadı təhdid edəcək mövqeyə gəldiyi bildirilir.
Xəbər qaynağı İŞİD-in bu uğuru necə əldə etməsi haqqında da bəzi bilgilər verib. Bildirilir ki, hücuma 11 bomba yüklü maşınla qatılan “xilafət əsgərləri” əvvəl “Xalq topluluğu” adlanan partizan dəstələrinin mövqeyini hədəfə alıblar. İki intiharçı vasitəsilə İraq ordusuna aid hərbi texnikaları zərərsizləşdirən silahlılar önlərindəki müdafiə səddini yardıqdan sonra hərəkətə keçib və xeyli irəliləyiblər.
Ordu mənsubu onu da bildirib ki, terror dəstəsinin ələ keçirdiyi bölgəylə Bağdad arasında xeyli silahsız əhali yaşayır və onlar müqavimət göstərmək gücündə deyillər. İŞİD yenidən geri oturdulmasa, Bağdad hər an işğal oluna bilər.
Gərginlik bölgəsinə əlavə ordu birlikləri göndərilib və hazırda paytaxtın 30 km-liyində şiddətli döyüşlər gedir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR