Bakıda növbəti Kikboksinq İdman Mərkəzi açılır - Açıqlama

Bakıda növbəti Kikboksinq İdman Mərkəzi açılır - Açıqlama
Azərbaycan Kikboksinq Federasiyası növbəti Kikboksinq İdman Mərkəzinin açılışını edəcək. 
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın prezidenti, millət vəkili Adil Əliyev verib. 

"Hər gün federasiyamızın fəaliyyəti güclənir və regionlarda da klublarımız aktiv fəaliyyət göstərirlər. İdmançılarımızın uğurlu çıxışları gənclərə stimul verir. Yaxın günlərdə Nizami rayonunda böyük idman mərkəzinin açılışını edəcəyik. Artıq, kikboksinqə böyük maraq yaranıb və gənclər federasiyamızın üzvü olurlar. Son illər ölkəmizdə idmana yaradılan hər tərəfli şərait gənclərin kütləvi şəkildə idmana həvəsini artırıb və biz də çalışırıq ki, bu prosesdə fəal olaq”,-deyə millət vəkili qeyd edib.

Mərkəzin açılışı 07.09.2015-ci il tarixində saat 12:00-da baş tutacaq (Ünvan: Nizami rayonu İmadəddin Nəsimi küçəsi 42, 229 nömrəli orta məktəbin yanı). 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az