Sumqayıtda Teleqovşaq rəisinin şirkəti araşdırılır – Özəl

Sumqayıtda Teleqovşaq rəisinin şirkəti araşdırılır – Özəl

Sumqayıt TeleKommunikasiya Qovşağının rəisi Akif Əsgərov təşvişə düşüb.

VİZUAL.az-a daxil olan məlumata görə, qovşaq rəisinin adı "Delta Telecom” işində hallanır. Hüquq-mühafizə orqanları tərəfindən Əsgərovun əməllərinin araşdırıldığı deyilir. Ayrıca, yaxın günlərdə A.Əsgərovun sahibi olduğu "Qlobal Network” MMC internet provayderində yoxlamaların başlanacağı gözlənilir.

Çünki son illərdə abonent narazılığı pik həddə çatıb, şikayətlərin ardı-arası kəsilmir. Hətta A.Əsgərovun vəzifəsindən sui-istifadə edərək süni şəkildə sakinləri öz provayderinə abunə yazdığı səslənən iddialar arasındadır.

"Qlobal Network” internet provayderinin 2012-ci ildə Sumqayıt ATS – lərində avadanlıqları quraşdırılsa da, heç bir halda reklamı olmayan və heç kimin tanımadığı provayder kimi fəaliyyət göstərib. 2014-cü ilə qədər bu provayderə Sumqayıt şəhərində təxminən 150-200 -ə yaxın abunəçi cəlb olub.

A.Əsgərov 2014-cü ildən bu şirkətin 10%-nə şərik olduqdan sonra şirkət üçün "yaşıl işıq” yanıb. Belə ki, şərik olmasının hələ 1 ili tamam olmayan internet provayder hazırda 3000-dən çox abunəçiyə sahibdir.

A.Əsgərov qanunsuz əməlləri ilə birinci növbədə dövlətə ziyan vurub. Sumqayıt şəhərində dövlətə məxsus "Aztelekom.Net” genişzolaqlı internet xidməti (ADSL) də fəaliyyət göstərir.

Bu provayderin xidmətindən istifadə etmək istəyən minlərlə sakin A.Əsgərov tərəfindən "Qlobal Network” MMC –yə abunə olunublar.

Nəticədə dövlət provayderinə hər gün ciddi ziyan dəyir, dövlət provayderinə qoşulmaq istəyən abunəçilərin isə sayı azalır.

A.Əsgərovun sahibi olduğu şirkətin işçilərinə qarşı da amansız olduğu deyilir. Vəziyyət o yerə çatib ki, işçilərin bir hissəsi aylıq əmək haqlarını bank kartları olduğu halda, bankomatdan deyil, idarənin xəzinəsindən alır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az