Bakıda tanınmış şirkətin sürücüsü özünə yandırdı

Bakıda tanınmış şirkətin sürücüsü özünə yandırdı

Şirkət sürücünün iki aylıq maaşını verməkdən imtina edib, nəticədə sürücü intihara əl atıb

Bazar günü Xətai rayonu ərazisində Bakı şəhər sakini hamının gözü qarşısında özünü yandırıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Xoşagəlməz insident saat 12:30 radələrində Həzi Aslanov qəsəbəsində, 37-ci polis bölməsinin ərazisində baş verib. Paytaxt sakini, 1985-ci il təvəllüdlü Zeynalov Bəhruz Feyruz oğlu intihara cəhd edib. Kişi üzərinə benzin tökərək od vurub. Xoşbəxtlikdən yaxınlıqdakı adamlar Zeynalovu söndürüblər. Kişi əlindən, boynundan və qarnından yanıq xəsarətləri alıb. O, 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, Zeynalov əmək haqqının ödənilməməsi səbəbindən intihara cəhd edib. Məlum olub ki, o, Elat ASC şirkətinin sürücüsü işləyib. Şirkətin sahibi onun iki aylıq əməkhaqqını verməkdən imtina edib. Odur ki, Zeynalov özünə qəsd etmək qərarına gəlib. Məlum olub ki, şirkətin sahibi sürücüyə 1500 manat borcludur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az