Bakının İrəvandan tələbi: Sərhəd 1919-cu il xəritəsi ilə...

Bakının İrəvandan tələbi: Sərhəd 1919-cu il xəritəsi ilə...

Azərbaycan Ermənistan qarşısında beş əsas tələb qoyur. Bakı Qarabağdakı separatçı "ordu”nun buraxılmasını; Qarabağı heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanımağı; Zəngəzur dəhlizinin açılmasını; 1919 və ya 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesinin başladılmasını (konkret hansı xəritədən söhbət getdiyi məlum deyil); itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini tələb edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin ailəsinə məxsus "Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az