Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Vətəninfo.az-ın Virtualaz.org-a istinadən əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək Zaur Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi oktyabrın 9-a kimi təxirə salınıb.
Qeyd edək ki, hadisə Xətai rayonunda baş verib. Zaur Məmmədov qonşuluqda yaşayan bacanağının 5 yaşlı qızı Xatirəyə (ad şərtidir-red) dəfələrlə seksual xarakterli hərəkətlər edib.
Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədov həbs edilib.
Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”