Vətəninfo.az xəbər verir ki, mayın 24-də, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası keçiriləcək. “Bankir adaxlı” tamaşası dörd illik fasilədən sonra yenidən bərpa edilib və bu iş xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Xatırladaq ki, ilk premyera 12 may, 2000-ci il tarixində, rejissor Faiq Zöhrabovun quruluşunda olub. Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.
Yeni yaradıcı tərkibdə xalq artistləri Afaq Bəşirqızı (Nisə), Fatma Mahmudova (Ahuçu Gülbikə), əməkdar artistlər Novruz Qartal (Dilənçilərin padşahı), Çingiz Əhmədov (Atakişi), aktyorlardan Gültac Əlili (Məleykə), Gülnarə Abdullayeva (Səmayə), Rəsmiyyə Nurməmmədova (Ceyran) Gülçöhrə Abdullayeva (Maral), Möylə Mirzəliyev (Zərgər), Gülcahan Salamova (Gülbikə), Hüseyn Əlili (Balakişi), Əliməmməd Novruzov (Nümayəndə), Ruslan Mürsəlov (Zaur), Türkel Şabanova (Zaurun bacısı), Məhərrəm Qurbanov (Nisənin əri), Elçin İmanov və Fərid Rzayev (Cangüdənlər) iştirak edirlər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR