Bayram günləri ərəfəsində artan sərnişin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşulacaq.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, artıq bu məqsədlə 20 vaqon hazırlanıb: "Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər il belə tədbirlər həyata keçiririk. Bu il də əlavə vaqonlar hazırlanıb. Əlavə vaqonlar, əsasən, Gəncə, Qazax, Tovuz, Ağstafa və Tbilisi istiqamətində hərəkət edən qatarlara qoşulacaq. Bayrama bir həftə qalmış ictimaiyyətə bu barədə ətraflı məlumat verəcəyik”.
Qurum rəsmisi bildirib ki, bayram günlərində sərnişinlərlə yanaşı, yüklərin də daşınmasında problemlərin yaşanmaması üçün "Azərbaycan Dəmir Yolları" növbəli iş rejiminə keçəcək: "Biz hər il bayramla əlaqədar istirahət günlərində hər hansı problem yaşanmaması üçün xüsusi iş qrafiki tətbiq edirik. Əməkdaşlar növbəli iş rejimində çalışırlar. Bu dəfə də belə rejim tətbiq edəcəyik. Çünki bayram günləri olsa da, yükləri qəbul edib, yola salmaq lazımdır".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL