Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyada törəmə qurumu olan "ABB-Moskva" Bankının Sankt-Peterburq şəhərində yerləşən filialının bağlanması haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.
ABB-nin mətbuat katibi Yadigar Cəfərli Report-a hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Bununla yanaşı, filialın şöbə müdiri Yaşar Səfərovun həbs edilməsi ilə bağlı xəbərlər də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Sankt-Peterburq filialı hazırda adi qaydada işləyir və fəaliyyətində heç bir problem yoxdur.
Qeyd edək ki, Rusiya KİV-in yaydığı məlumata əsasən, "ABB-Moskva" bankının Sankt-Peterburqdakı filialında axtarış aparılıb. Axtarış Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilib.
Bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlı açılmış cinayət işi çərçivəsində aparılır.
Məlumata əsasən, axtarış zamanı bank filialının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
“Mədəniyyət ocağı yox, təhlükə mənbəyi” - Hövsandakı yarımçıq layihənin məsuliyyəti kimdədir?
Deputat: “Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qiymətləndirmələr aparılır”
Hər ailədə ikinci uşağa 200 manat… - AÇIQLAMA
Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki
Osman Gündüz: “Qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”
Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"
AMİP və Müsavat arasında gərginlik – “Surət Hüseynova vəzifəni kim vermişdi?”
“ADY rəhbəri cəmiyyətə iqtisadi sanksiya tətbiq edib" - ŞOK AÇIQLAMA
RUSİYA VƏ TÜRKİYƏYƏ DƏ QATARLA GEDƏ BİLƏCƏYİK? - Ekspertdən quru sərhədləri ilə bağlı mühüm AÇIQLAMA
Ukraynada 10 gündə 6 azərbaycanlı həlak olub
“Bu əmsal artmır, biz elə yerində sayırıq” - Prezidentdən SƏRT SÖZLƏR
AMİP və Müsavat arasında gərginlik – “Surət Hüseynova vəzifəni kim vermişdi?”
Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Osman Gündüz: “Qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”