“Bəzi adamlar iqtisadi prosesləri bilmədən ağıllarına gələni danışır. Çox təəssüf edirəm”. Vətəninfo.az saytı xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, manatın məzənnəsinin düşməsi gözlənilən idi: “Amma yumşaq devalvasiya olmalı idi. Devalvasiyanı da etməyin yolları var. Birdən-birə manatın bu qədər ucuzlaşması normal deyil. Tez-tez Mərkəzi Bankla əlaqə saxlayırdım və mənə deyirdilər ki, 1 dolların məzənnəsi 85-90 qəpik arasında olacaq. Mərkəzi Bank öz sözünün üstündə durmadı”.
Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın fevralın 21-də manatla bağlı verdiyi qərar əhaliyə mənfi təsir edir. Deputat deyib ki, artıq bölgələrdə və paytaxtda bahalaşma başlayıb: “Un, şəkər və digər məhsulların qiymətində artım müşahidə edilir”.
Vahid Əhmədov süni bahalaşmaya da diqqət çəkib.
O bildirib ki, Vergilər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi birgə reydlər keçirməli və süni qiymət artımının qarşısını almalıdır.
Vahid Əhmədovun fikrincə, digər bir problem də banklardan dollarla kredit götürənlərlə bağlıdır: “Bir çox iş adamı dollarla götürdükləri kreditləri ödəməkdə çətinlik çəkəcək. Hökumət bu məsələni həll etməlidir. Anti-böhran mexanizmləri hazırlanıb tətbiq edilməlidir. Manatın ucuzlaşması ilə bağlı verilən qərar birbaşa Mərkəzi Bankın səhvidir”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR