Bir xanım özünü asdı, biri isə...

Bir xanım özünü asdı, biri isə...

Qax və Şəki şəhərində intihara cəhd hadisəsi baş verib.

Vizual.az xəbər verir ki, Qaxda bir uşaq anası intihara cəhd edib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, noyabrın 4-ü saat 11:30 radələrində rayonun Qazmalar kənd sakini 1990-cı il təvəllüdlü Dinara Oruc qızı Məmmədova ağır vəziyyətdə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, bir uşaq anası olan 25 yaşlı Dinara Məmmədova intihar etmək məqsədi ilə özünü valideynlərinin yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asıb. D.Məmmədova son anda qonşuları tərəfindən xilas edilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Dinara Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Dinara Məmmədovanın intihara cəhd etməsi faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Şəkidə də intihara cəhd hadisəsi baş verib.

Report xəbər verir ki, Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir uşaq anası, Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Rayon hüquq-mühafizə orqanlarından verilən məlumatda qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etmək istədiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az