Xanım İsmayılqızı.
Bir yarpaq ağacda etdi intihar,
Nə budaq danışdı, nə yarpaq dindi.
Göydən qəm yerinə yağdı bəyaz qar,
Bir ömür qırıldı kökündən indi.
Bu yarpaq ilk bahar ömrü yaşadı,
Naz etdi ağacın yarpaqlarına.
Yamyaşıl rəngiylə gözü oxşadı,
Pıçıltılar qondu dodaqlarına.
Üzünə bir payız həsrəti güldü,
Yağışdan yağmura düşdü elə bil.
Sözünü demədən diriykən öldü,
Budaqdan torpağa köçdü elə bil.
Ağacsa qürurla dayanıb yenə,
Yarpağın ömrünə gəldi son bahar.
Əlvida deyərək sevdiklərinə,
Bir yarpaq ağacda etdi intihar.
Qəlbimə sığınan olmasa bir an,
Ömürdən son damla içmək istərəm.
Ruhumun gözünü bağlasa duman,
Mən də yarpaq kimi köçmək istərəm.
Axı bu yarpağın nə günahı var,
Bir budaq üstünə ömrü dar gəlib.
Bir yarpaq ağacda etdi intihar,
Köməyinə yalnız intihar gəlib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR