Ukraynanın sabiq baş naziri Nikolay Azarov "Ukraynanın xilası Komitəsi”nin yaradıldığını bəyan edib.
Vətəninfo.az bildirir ki, APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, N. Azarov bildirib ki, komitənin yaradılmasında əsas məqsəd Ukraynanın hazırkı hakimiyyətini dəyişməkdir.
Onun sözlərinə görə, Komitə üzvləri Ukrayna prezidenti qismində yekdilliklə Ali Radanın beşinci, altıncı və yeddinci çağırışlarında deputat olmuş Vladimir Oleyniki seçiblər.
"Biz yenidən hakimiyyətə qayıdacağıq və Ukrayna xalqına kömək edəcəyik. Buna şübhəm yoxdur”, - deyə N. Azarov bildirib.
Xatirladaq ki, hazırda N. Azarov ölkə sərhədlərindən kənarda yaşayır. O, 2014-cü ildə Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən dövlət çevrilişindən sonra ölkəni tərk edib. Ukraynada keçmiş məmurlara qarşı cinayət işi qaldırılıb. N. Azarov hakimiyyətin devrilməsindən sonra yenidən ölkəyə qayıtmağa hazır olduğunu bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL