Prezident qeyd edib ki, Azərbaycan
Bolqarıstanın mühüm tərəfdaşlarından biridir. O, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin
təşəbbüsü ilə həyata keçirilən layihələri təqdir etdiyini diqqətə
çatdırıb.
N.İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
fəaliyyətinə verdiyi dəstəyə görə, Bolqarıstan Prezidentinə
minnətdarlığını bildirib.
Qəbulda gələn ilin mart ayında Bakıda
keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə
bağlı fikir mübadiləsi aparılıb.
N.İbrahimov Azərbaycan Prezidenti
cənab İlham Əliyevin bu foruma xüsusi əhəmiyyət verdiyini, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət və qayğı
göstərdiyini vurğulayıb. O, qeyd edib ki, məhz Prezident İlham Əliyevin
dəstəyi sayəsində bu forum qlobal problemlərin müzakirə edildiyi mühüm
bir platformaya çevrilib. Bolqarıstanın dövlət başçısı Qlobal Bakı
Forumunun IV toplantısının müasir dünyanın qlobal problemlərinin həllinə
töhfə verəcəyinə ümid etdiyini, böyük məmnuniyyətlə Forumda iştirak
etmək arzusunda olduğunu qeyd edib.