Bakıda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur.
Vətəninfo.az-nın SİA.az-a istinadən xəbərinə görə, bunu Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “twitter” hesabında yazıb.
A.Hamparyan Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları əhvalında olduğunu yazır. Bununla yanaşı, A.Hamparyan Oyunları boykota çağırır.
Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Təşkilatın uzun illər ərzində və bu gün erməni terror təşkilatı olan ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış etdiyi deyilir. Qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilir.
Xatırladaq ki, ilk Avropa Oyunlarında Ermənistanın 18 idmançısı iştirak edəcək. Ermənistanlı idmançılar Oyunlarda iştirak etmək üçün bu gecə Bakıya gəliblər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL