Bu gün Türkiyə Böyük Millət Məclisinin 25-ci çağırışın ilk toplantısı keçiriləcək.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Xəbərə görə, 550 millət vəkili bir-bir and içəcək. Yeni sədr seçilənədək parlamentə ən yaşlı deputat Dəniz Baykal sədrlik edəcək.
Andiçmədən sonra yeni sədr seçkisi keçiriləcək.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə Ədalət və İnkişaf Partiyasından Nabi Avcı, Cümhuriyyət Xalq Partiyasından Dəniz Baykal və partiyanın sözçüsü Halik Koç, Milliyyətçi Hərəkat Partiyasından Ekmələddin İhsanoğlu və Murad Başəsgioğlunun namizədliklərinin irəli sürüləcəyi ehtimal olunur. Xalqların Demokratik Partiyasının namizədinin Mirmehmet Fırat olduğu açıqlanıb.
Məclis sədrliyinə namizədə ilk iki turda bütün deputatların 2/3-si səs verməlidir. Bu turlarda namizəd yetərincə səs toplamazsa, o zaman üçüncü turda səslərin yarısından çoxunu qazanan namizəd sədr seçiləcək. Bu turda da məclis sədri seçilməzsə, o zaman 4-cü turda ən çox səs qazanan namizəd parlamentə sədr seçiləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL