Türkiyədə ər yuxuda olan arvadının başından tüfənglə güllələyərək qətlə yetirib
Vətəninfo.az Mİlli.az-a istinadla xəbər verir ki, hadisə gecə saat 03 radələrində baş verib. 32 yaşlı Gökhan Ferit Gül 9 illik həyat yoldaşı, 27 yaşlı Ersel Gülü başına 1 dəfə atəş açaraq öldürüb.
Gökhan Ferit Gül bundan sonra yan otaqda yatan oğlu Atakan Gülə tərəf atəş açıb. Ancaq güllə 3-cü sinifdə oxuyan uşaqdan yan keçib.
Onlarla eyni evdə yaşayan atası - 61 yaşlı Cumazi Gül silah səsinə oyanır və tüfəngi oğlunun əlindən almağa çalışır. Atasının əlindən qaçan Gökhan Ferit Gül evdən çıxaraq ətrafa güllə atmağa başlayır.
Cumazi Gül qorxudan tit-tir əsən nəvəsini qonşuluqdakı evlərdən birinə apararaq gizlədir. Gökhan isə təxminən 100 metr uzaqlıqdakı kənd meydanına gedərək burada tüfənglə başına atəş açır.
Hadisə yerinə təcili tibbi yardım və polis çağırılır. Tibb işçiləri Ersel Gülün artıq öldüyünü təyin edirlər. Gökhan Ferit Gül başından ağır yaralansa da, yaşayır.
Baş verənlərdən xəbər tutan Gül ailəsinin yaxınları Gökhanın psixoloji problemləri olduğunu və bir müddət əvvəl müalicə aldığını bildirirlər. Onun əvvəllər də ailəsini ölümlə təhdid etdiyini deyən qohumlar, Erselin küsüb getdiyi atası evindən yeni döndüyünü deyirlər. Qadın azyaşlı uşağı ilə birlikdə 1 ay atası evində qalıb. Oğlunu atasız böyütmək istəməyən ana əri ilə barışmaq qərarını verir. Bu qərar onun özü üçün verdiyi ölüm hökmü olur...
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR