1 yanvar 2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə daha bir dəyişiklik nəzərdə tutulub.
Miq.az Modern.az-a istinadən xəbər verir ki, Məcəllədə "Fiziki şəxslərin gəlir vergisi" fəslinə ciddi dəyişikliklərin ediləcəyi gözlənilir.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, işçinin aylıq əmək haqqı 2500 manata qədər olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli qədər güzəşt edilir. Prezident tərəfindən təsdiqlənən 2018-ci il üzrə yaşayış minimumun məbləği 173 manat təşkil edir.
Vergi Məcəlləsindəki yeni dəyişikliyə əsasən, "ölkə üzrə yaşayış minimumunun 1 misli" sözləri "200 manat" sözləri ilə, "ölkə üzrə yaşayış minimumunun 12 misli” sözləri 2400 manat” sözlərilə əvəz edilir.Hazırda əmək haqqının 173 manata qədər olan hissəsi gəlir vergisindən azaddır, yeni dəyişikliyə əsasən isə əmək haqqının 200 manatadək hissəsi gəlir vergisindən azad edilir.1 yanvar 2019-cu ildən etibarən əmək haqqı üzrə bu güzəşt sırf dövlət təşkilatlarına və neft-qaz sahəsində fəaliyyəti olan müəssisələrə aid ediləcək. Digər müəssisələr üzrə işçinin əmək haqqının 8000 manata qədər hissəsi 7 il müddətində gəlir vergisindən azad edilib.
Miq.az
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?