“Rusiya çempionatında qazanılan qələbənin mənə Avropa Oyunlarına vəsiqə verəcəyinə ümid edirəm. Bakıda keçiriləcək bu yarışa isə tam hazır olmalıyam”. Bu sözləri qadın güləşində dünya və Avropa çempionatlarının mükafatçısı rusiyalı İrina Oloqonova deyib.
55 kq çəki dərəcəsində Rusiya çempionu adını qazanan idmançı yığmasının heyətində Bakıda keçiriləcək I Avropa Oyunlarında çıxış etmək arzusundadı.
Ardıcıl ikinci dəfə ölkəsinin ən yaxşısı adını qazanan İrina iyunun 12-28-də keçiriləcək mötəbər yarışa böyük dəyər verdiyini bildirib: “Avropa Oyunları ilk dəfə keçiriləcək. Bu yarış tarixi hadisədi. Avropa Oyunları qitə çempionatından daha miqyaslı turnirdi. Olimpiya Oyunlarında olduğu kimi, burada yarışlar bir çox idman növləri üzrə keçiriləcək”.
Hələlik ən yaxşı idman formasından uzaq olduğunu qeyd edən Oloqonova Bakı-2015-ə qədər daha yaxşı durumda olacağına ümidlidi: “Ötən il də Rusiya çempionu adına yiyələnmişdim. Bu üzdən də daxilən özümü çəkinin lideri hesab edirdim. Bir sözlə, qarşıma qələbədən başqa vəzifə qoymamışdım. Əlbəttə ki, Daşkənddəki dünya çempionatı zamanı olduğum formadan çox uzağam. Bəzi görüşlərdə çətin olurdu. Amma yavaş-yavaş öz kondisiyalarınmı yığıram”.
Qeyd edək ki, 2014-cü ildə dünya çempionatında gümüş, qitə çempionatında bürünc medal qazanan Oloqonova 2011, 2014 və 2015-ci illərdə Rusiyanın ən yaxşısı olub.
Apasport.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR