Vətəninfo.az AzNews.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə may ayında toy mərasimlərinin keçirilməsinin məqsədəuyğun olmaması ilə bağlı fikirlərə münasibət bildirib. O, bildirib ki, may ayı toy etmək üçün ən yaxşı vaxtdır: “Bu ayda insanların qanı qaynayır. Yəni mayda toy etmək daha gözəldir. Amma bəzi insanlar eşitdikləri hansısa bir sözün əsasında bu ayda toy etməkdən çəkinirlər. Məsələn, kimsə mayda toy edib və bundan sonra hansısa bir hadisə baş verib. Həmin anda da insanlar bunu may ayı ilə bağlayırlar. Boş və əsası olmayan fikirlərdir. Bunların hamısı xurafatdan başqa bir şey deyil”.
M. Seyidzadə bunun dinlə əlaqələndirilməsinin də əleyhinə olduğunu deyib: “Bunu İslam dininə bağlamağın heç bir elmi əsası yoxdur. İslam bütün xurafatları rədd edir. Hər kəs hansısa işi görmək istəyəndə bunu Allaha təfəkkür etməklə həyata keçirməlidir. Allah buyurur ki, bütün günlər mənimdir və bu aləmi mən yaratmışam”.
QMİ rəsmisi deyib ki, bəzi günlər istisna olunmaqla toy, bayram etməkdə elə bir neqativ hal yoxdur. “May ayında toy etmək olmaz kimi fikirlərin hardan qaynaqlanır?” sualına isə M. Seyidzadə belə cavab verib: “İstisna etmirəm ki, bu cür fikirlər rus və ya erməni oyunu olub”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR