Buna səbəb müğənninin Cabbar Musayevin həyat yoldaşı və gəlininə “əxlaqsız” deməsidir
Nərimanov rayon Məhkəməsi müğənni Təranə Qumralı 10 min manat cərimələyib.
Bu barədə AzNews.az-a vəkil Elxan Abbasov məlumat verib.
Vəkilin sözlərinə görə, müğənni və bəstəkar Cabbar Musayevin həyat yoldaşı və gəlininin şikayəti əsasında Nərimanov Məhkəməsi belə qərar çıxarıb.
Vəkil bildirib ki, Təranə Qumralın C.Musayevi nəzərdə tutaraq, mətbuatda səsləndirdiyi “əxlaqsız onun həyat yoldaşı və gəlinidir” sözlərinə görə hər iki tərəf onu məhkəmə vermişdi. Nərimanov Məhkəməsi isə iddiaçı tərəflərin şikayətini qəbul edib və T.Qumralın C.Musayevin gəlini və həyat yoldaşına ayrı-ayrılıqda 5 min manat ödəməsi barədə qərar çıxarıb.
Vəkilin sözlərinə görə, iddiaçı tərəflər Təranə İbrahimovanın onların şərəf və ləyaqətini ləkələdiyini bildirib. Qərara görə, T.Qumral, həmçinin, mətbuatda səsləndirdiyi fikirləri təkzib etməlidir.
Məhkəmə bu barədə qərarı sentyabrın 20-də çıxarıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR