Cavadov Antalyanı Natalyaya dəyişdi - Foto

Cavadov Antalyanı Natalyaya dəyişdi - Foto

Sankt-Peterburqda yaşayan azərbaycanlı kafesinin adını dəyişərək, "Antalya"-nı "Natalya" ilə əvəz edib.

ANS PRESS-in məlumatına görə, Suriya-Türkiyə sərhədində baş verən hadisədən sonra Sankt-Peterburqda yaşayan azərbaycanlı sahibi olduğu "Antalya" adlanan kafenin adını dəyişdirərək "Natalya" edib.

"Mən milliyyətcə azərbaycanlıyam. Adım Vitali Cavadovdur. Bu il yoldaşımla Türkiyədə dincəlirdik və gördük ki, ruslar oranın mətbəxtini sevirlər. Ona görə, qərara gəldik ki, qayıdandan sonra bir kafe açaq və adını türk sayağı qoyaq ki, ruslar burada da özlərinin xatirələrini yada sala bilsinlər", - deyə kafe sahibi bildirib.

Vitalinin sözlərinə əsasən, "Antalya" kafesi iki ay əvvəl Sankt-Peterburqun Lenin prospektində açılıb. Burada, əsasən, Qafqaz mətbəxtinə məxsus yeməklər verilir.

Rusiya və Türkiyə arasında yaranan gərginlikdən sonra Cavadovlar ailəsinə kafenin adının dəyişdirilməsi ilə bağlı heç kim xüsusi göstəriş verməyib. Vitali deyir ki, bir gün özü nərdivana çıxaraq, iki hərfin - A və N-nın yerlərini dəyişir. Onun sözlərinə görə, etdiyi bu jest kafeyə üz tutanlara da xoş gəlib.

Hələ ki, menyuda və bəzi reklam bannerlərində kafenin əvvəlki adını xatırladan məqamlar var. Lakin kafe sahibi onların da tezliklə yenisi ilə əvəzləyəcəyini deyib.

Ötən ayın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə Hərbi Hava qüvvələri tərəfindən vurulub. Türkiyə tərəfi bunu ərazisinin hava məkanını pozduğu üçün etdiyini desə də, Rusiya bu iddiaları təkzib edib. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az