Cənub zonasında, xüsusən Lənkəran və Biləsuvarda təbii qazın verilişi iki gündür dayandırılıb.
Sakinlərin VİZUAL.az-a verdiyi məlumata görə, təhsil müəssisələrində, xəstəxanalarda ciddi problemlər yaranıb. Qazın verilişinin dayandırılması ilə bağlı öncədən heç bir məlumat verilməyib.
Cənub bölgəsində havanın tempraturu aşağı düşdüyündən rayonda ciddi çətinliklər yaranıb. Yağıntı olduğundan qaz nəqlinin kəsilməsi heç də rayon sakinlərinin ürəyincə olmayıb.
Rayonətrafı kəndlərdə isə vəziyyət daha da acınacaqlıdır.
Əldə etdiyimiz məlumata görə, sakinlər bir neçə dəfə rayon qaz idarəsinə müraciət edib. Qaz verilişinin bərpası ilə bağlı idarə heç bir məlumat verməyib.
Qeyd edək ki, SOCAR cənub bölgəsinə qaz verilişində fasilə olması barədə məlumatlara aydınlıq gətirib.
Qurumun məlumatına görə, Qaz İxrac İdarəsi tərəfindən Lənkəran qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında təmir işləri aparılır. Təmir başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Təmirin nə vaxt başa çatacağı barədə məlumat verilməyib.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?