Gəncədə yollar yararsız hala düşüb.
VİZUAL.az xəbər verir ki, şəhərin mərkəzində, Təbriz küçəsi və yaxınlıqda yerləşən köhnə Tələbə Poliklinikası ətrafındakı ərazi diqqətdən uzaq qalıb.
Şəhər sakinləri illərdir baxımsız qalan yolların ucbatından əziyyət çəkir:
"Neçə illərdir bu küçədə su və kanalizasiya xətləri dağılıb. Sakinlərin evlərinə su verilən vaxt natəmizlik yaranır. Evlərə verilən su kanalizasiya suları ilə qarışır, antisanitariya baş alıb gedir”.
Ərazidə yaşayan sakinlər dəfələrlə şikayətlə müraciət etsələr də, cavabdeh qurumlar məsələnin köklü həlli əvəzinə lokal xarakterli yamaq vurmaqla "baş aldadırlar”.
Sakinlər qeyd edir ki, bütün komunikasiya xətləri çürüyüb, yararsız hala düşüb.
"Bu gün buradan təmir edirlər, sabah başqa yerdə partlayır. Şəhər rəhbərliyi və müvafiq qurumlar isə problemi kökündən həll etmək əvəzinə, sakinlərə suyun verilmə vaxtını standart 5-6 saatdan 40-45 dəqiqəyə salmaqla kifayətlənirlər. Nəticədə ərazidə yaşayan minlərlə sakin ciddi şəkildə susuzluqdan əziyyət çəkir”.

Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?