"Günəşli” yatağının 10-cu stasionar özülündə ikinci qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda isə söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda orada neft quyularında yanğın yoxdur”.
VİZUAL.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova "Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə ümumilikdə 30 quyu var ki, onlardan 2-si işlək deyil, 21-i neft, 7-si isə qaz quyusudur.
M. Avazova qeyd edib ki, neft quyularına hazırda qaz verilmir: "Çünki qaz verilməklə oradan neft çıxarılır. Yanğının baş verdiyi quyularındakı qazın tərkibində 100-ə yaxın karbohidrogen maddə var. Karbohidrogen maddələr yanmaya məruz qalır”.
M. Avazova onu da qeyd edib ki, qəzanın dəniz mühitinə hər hansı mənfi təsiri yoxdur: "Hazırda Xəzər dənizinin faunasına da təhlükə yoxdur. Vizual müşahidələr aparılır, su nümunələri götürülür. Nümunələr analitik laboratoriyada yoxlanılacaq”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?