Braziliyadakı dünya çempionatında uğursuz çıxışdan sonra Yaponiya millisinin italyan baş məşqçisi Alberto Dzakkeroni istefa verib.
Vətəninfo.az xəbər verir ki, Dzakkeroninin istefası barədə Yaponiya Futbol Federasiyası bu gün rəsmi bəyanat verib. 2010-cu ildən Yaponiya millisinə başçılıq edən Dzakkeroninin müqaviləsi bu il başa çatırdı.
Qeyd edək ki, Yaponiya millisi “C” qrupunda sonuncu yeri tutaraq, mundialla erkən vidalaşıb.
Bu arada İran millisinin portuqaliyalı baş məşqçisi Karluş Keyruş da istefa verib. Bu haqda təcrübəli məşqçi dünya çempionatında qrup mərhələsinin Bosniya və Hersoqovina yığmasına qarşı son oyunundakı məğlubiyyətdən (1:3) sonra açıqlama verib.
“Mənim üçün İran yığması ilə işləmək şərəf idi. Mən bu ölkəyə vuruldum. Amma tərəflərdən yalnız birinin razı olduğu halda hansı “toy”dan söhbət gedə bilər. Mən gözləyirdim ki, yeni təklif gələcək. Amma olmadı. İran futbolu, futbolçularım və azarkeşlər hər zaman qəlbimdə olacaqlar”, - deyə Karluş Keyruş deyib.
Qeyd edək ki, İran millisi dünya çempionatının “F” qrupunda Argentina, Bosniya və Hersoqovina yığmalarına məğlub olub, Nigeriya yığması ilə heç-heçə edib. Bu nəticə ilə iranlılar qrupda sonuncu yeri tutublar.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR