Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Antalyadan seçilən millət vəkili seçilən Dəniz Baykal prezident Rəcəb Tayyib Ərdoğanla görüşü barədə danışıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dəniz Baykal Ərdoğanla ölkədəki vəziyyəti müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə prezidentlə koalisiya hökumətinin qurulması ətrafında fakir mübadiləsi aparmayıb:
“Mən millət vəkiliyəm. Koalisiyanın qurulması ilə bağlı məsələlərdə sözü partiyalar və onların sədrləri deyəcək. Onlar bu istiqamətdə müxtəlif işlər görürlər.
Uzun illərdir millət vəkili olmuş bir şəxs kimi və Türkiyə parlamentinin müvəqqəti sədri olacağım üçün bu görüş reallaşdı. CHP başqanı Kamal Kılıçdaroğlunun da bu görüşdən xəbəri var idi. Onun özü ilə də görüşəcəyəm”.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 7 iyunda Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilən seçkilərdə qalib gəlib.
Lakin AKP təkbaşına iqtidarı qurmaq üçün yetərli səs yığa bilməyib, buna görə də Türkiyədə koalisiya hökumətinin yaradılması gündəmdədir.
Dəniz Baykal TBMM-in ən yaşlı üzvü kimi yeni parlament sədri seçilənə qədər bu vəzifəni müvəqqəti icra edəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL