Dəniz
Elşən DAĞLAR
Çiçəyi çırtlayıb sanki dənizin,
Sevgi pıçıltısı dodaqlarında.
Dəniz sevgisini gizlədə bilmir,
döşənib limanın ayaqlarına.
Dalğalar dənizin avtoqrafımı,
Nədəndir sahildə saxlamır izin?!
Bu necə nəvaziş, ilahi sevgi?
Dəniz hey oxşayır limanın üzün?!
Könül, bu sevgini heç dilə tutma,
Eşqin sahilində izi qalacaq.
Əlimi uzatsam o günə çatar,
Sevgimin sahili liman olacaq.
Miq.Az