"Eşq oyunları uduzmaq üçündür..."-Eldar İsmayıloğlu

Eldar İsmayıloğlu

Eşq oyunları uduzmaq üçündü, sevdalım.
Oxşama ürəyində səni biryolluq tərk edən mahnıları... 
Uçulmuş tərəfindən göyərirsənsə,
Quraqlıq olacaq bu yağış.....

Haçandı barmaqlarımın ayağı sürüşür ,
misra quruluğunda...
Körpədi yağışlar,tənhalığımla silmə üz -gözlərini...
Ağacların intahar gününə gedirlər, əlləri üşüyür...

Sənsə, mənə ərimək üçün ömrümün ən qaranlıq küncünü 
Sonuncu yarpaqdan asırsan....
Evimizdə ovunan nə varsa hamısına su çilə...
Bəlkə heç payız gəlmədi...

Bütün qələbələr məğlubiyyətin doğulduğu yuvadı,
Və sən əllərini  unutduqlarının yolunda basdır.
Təzədən doğulsan, gecələməyə  bir  ömür  yerin olsun...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az