ÖZÜMƏ DAİR

ÖZÜMƏ DAİR
    Elşən ALARBƏYLİ
 
(Şakir Xanhüseynliyə)

Göyün
nə qapısı var,
nə də pəncərəsi,-
nə bağlamağa,
nə də baxmağa həvəsi.
İstəyirəm canım olsun
qapılı, pəncərəli,-
baxmağa,
bağlamağa da həvəsli...
İlahi, nə qapını bağlayıram,
nə də pəncərədən baxıram,
yerlə göy arasında
çırpına-çırpına,
dən axtaran quş kimi
özümü axtarıram...
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az