Deputatlar əlbəyaxa oldular –TBMM-də ara qarışdı VİDEO/FOTOLAR

Deputatlar əlbəyaxa oldular –TBMM-də ara qarışdı VİDEO/FOTOLAR

Cümhuriyyət Xalq Partiyasının (CHP) Qaziantepdən olan millət vəkili Akif Ekici Türkiyə Böyük Millət Məclisində (TBMM) prezident Rəcəb Tayyib Ərdoğana qarşı sərt ifadələr işlədib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-li millət vəkilinin çıxışı parlamentdə qarşıdurma yaradıb.
 
"Rəcəb Tayyib Ərdoğanın psixoloji müalicəyə ehtiyacı var, çünki şüurunu itirib. Heç biriniz "ey prezident, nə edirsən, ölkəni hara aparırsan?” söyləmir”, - Akif Ekici deyib.
 
Ekicinin bu sözlərinə Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri reaksiya veriblər. AKP-li millət vəkili Hikmət Nizam ilə Ekicinin əlbəyaxa olmasına digər millət vəkilləri mane olub. Qarşıdurma CHP ilə AKP-dən olan millət vəkillərinin bir-birlərinə söz atmacaları ilə davam edib.
 
Qeyd edək ki, "Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və həmin qəzetin Ankara təmsilçisi Ərdəm Gülün sərbəst buraxılması prezident Ərdoğanı razı salmayıb. Ərdoğan Konstitusiya Məhkəməsinin qərarını bu şəkildə dəyərləndirib: " Konstitusiya məhkəməsi bu yöndə qərar verə bilər. Mən onların bu qərarına səssiz qalaram. Lakin bu qərara tabe olmuram, hörmət də etmirəm”.



Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az