Vətəninfo.az xəbər verir ki, Azərbaycanı Eurovision 2014 mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova Danimarkada “Türk Günü” ilə bağlı keçirilən konsert proqramında çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dilarə Kazımovanın çıxışı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Konsert zamanı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi çıxış edərək hamını "Eurovision 2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımovaya səs verməyə çağırıb. Azərbaycanlı musiqiçinin çıxışı böyük coşqu ilə qarşılanıb.
3 may – “Türk Günü” ilə əlaqədar Danimarkadakı Azərbaycan və Türk diaspor təşkilatlarının təşkil etdiyi tədbirdə Türkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez, Skandinaviya Ülkü Ocaqlarının sədri Bahadur Gülər, Isveçdə fəaliyyət göstərən "Xəzər" Cəmiyyətinin sədri Leyla Kiani, Danimarkada çalışan tanınmış iş adamları, dövlət rəsmiləri, çox sayda media nümayəndəsi olmaqla ümumilikdə 1300 nəfərdən artıq qonaq iştirak edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR