“Dollar yaxın həftələrdə 2 manat olacaq”

“Dollar yaxın həftələrdə 2 manat olacaq”
"Yaxın həftələrdə 1 dolların 2 manat olması ehtimalı çox yüksəkdir” 

Bu barədə bakipost.az-a iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, bundan sonra dünyada dollar indeksinin bahalaşması, dolların digər valyutalar qarşısında dəyər qazanması prosesi daha da sürətlənəcək: "Son bir neçə saatda dünya birjalarında baş verən proseslər də bunu sübut edir. Təbii ki, dolların bahalaşması digər valyutalar qarşısında, əsasən də bizim ticarət tərəfdaşlarımız olan yaxın ölkələrdə Türkiyədə, Rusiyada və Gürcüstanda bu prosesin sürətlənməsi manata da təsirsiz ötüşməyəcək. Manatın da dəyərdən düşməsi prosesi daha da sürətlənə bilər. Amma bir gecəlik devalvasiyanın olmasını düşünmürəm. Çünki Mərkəzi Bankda keçən il bir dəfə 34 faiz, birində isə 38 faiz devalvasiyanın olmasından sonra bir çox şeyləri anladı. Bu səbəbdən kəskin devalvasiyanın olacağını düşünmürəm”.
"Dollar yaxın həftələrdə 2 manat olacaq”
 

Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank manatın dəyərdən düşməsi sürətini artıra bilər: "Artıq hərraclarda, gündəlik məzənnənin müəyyən olunmasında manatın dəyərdən düşməsi prosesi daha sürətli ola bilər. İlkin hədəf kimi dolların 2 manat olması təbii ki, həm psixoloji həd kimi, həm də yaxın hədəf kimi görünür. Bu prosesin sürətlənməsi onu göstərir ki, yaxın həftələrdə biz artıq o psixoloji hədə yaxınlaşacağıq. 1 dolların 2 manat olması ehtimalı çox yüksəkdir”.

İqtisadçı qeyd edib ki, uçot dərəcələrinin qaldırılması neftin ucuzlaşmasına səbəb olacaq: "2017-ci ildəki proseslər isə dünya da gedən proseslərdən asılı olacaq. FED uçot dərəcəsini, hətta 3 dəfə qaldırmağı planlaşdırır. Əgər bunu reallaşdıracaqsa, bu da neftin qiymətlərinə təsir edəcək. Belə ki, neftin qiymətlərində növbəti ucuzlaşma dalğaları yaşanacaq. Təbii ki, neftin ucuzlaşması nəticəsində manatın dəyərdən düşməsi prosesi daha da sürətlənə bilər”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az