"Amerika başqa ölkələrin daxili işlərinə qarışmayacaq" - Donald Trampdan bir çoxlarını rahatladacaq bəyanat

Amerikanın yeni seçilən prezidenti Donald Tramp "The New York Times”ın jurnalistləri ilə görüşüb 

Miq.az Politika.Az-a istinadən  xəbər verir ki, 1 saata yaxın davam edən söhbətdə prezident öz fəaliyyət istiqamətləri haqqında sualları cavablandırıb. Ağ evin yeni rəhbəri bildirib ki, Hillari Klintonun elektron poçt yazışması ilə bağlı yaranan qalmaqalı davam etdirməyəcək. Tramp araşdırmanın davam etdirilməyəcəyinə söz verib.

Eyni zamanda vurğulayıb ki, Amerika digər ölkələrin daxili işlərinə qarışmayacaq: "İraqda müharibə ən böyük səhvlərdən biri idi”.

Tramp Suriya məsələsində mövqeyini qətiyyətlə müəyyən etdiyini bildirsə də, suala ətraflı cavab verməkdən imtina edib.

Görüşdə Rusiya barədə də söhbət aparılıb. Donald Tramp vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə hər şeyi yoluna qoymaq heç də pis olmazdı. Bununla belə Tramp iki ölkə arasında münasibətlərin yaxşılaşacağı təqdirdə belə mətbuatı bəzi ifadələrdən çəkinməyə çağırıb.
 

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az