Dekabrın 20-də Bakıda Heydər Əliyevin xatirəsinə həsr edilmiş kikboks üzrə sayca 5-ci beynəlxalq turnir keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, turnirdə iki komanda, Azərbacan və Türkiyə idmançıları iştirak edəcəklər. Hər bir ölkəni 10 kikboksçu təmsil edəcək. Yarışın idarə olunması üçün WAKO-dan (Dünya Kikboks Federasiyası) Serbiya, Xorvatiya və belarusiyalı hakimlər briqadası dəvət olunub. Dekabrın 20-də start götürəcək yarış Bakı Tennis Akademiyasında keçiriləcək.
Yarışı maraqlı edəcək məqamlaradn biri də Belarusiyada yaşayan əslən azərbaycanlı, dünyaca tanınmış kikboksçu Çingiz Allazovun turnirdə iştirak etməsi ilə bağlıdır. Karyerasını Belarusiyada davam etdirən 21 yaşlı Çingiz indiyənə kimi 6 dəfə dünya çempionu (Tay boks)və 3 dəfə Avropa çempionu adını qazanıb. Peşəkar karyerası ərzində 33 döyüş keçirən idmançı 31 görüşdə qalib olub. Bu döyüşlərin 23-də kikbokçu rəqiblərini nokauta salıb. Həvəskar yarışlarda 200 döyüş keçirən Çingiz 199 görüşü qələbə ilə başa vurub yalnız bir döyüdə məğlub olub. Ümumilikdə, aktivində 235 döyüş olan Çingiz Allazov 232 görüşü qalib başa vurub ki, bunların 197-də nokaut qeydə alınıb.
Sonda Çingiz Allazovun döyüşlərindən ibarət olan videonu təqdim edirik.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR