Dünya bazarında neftin qiymətini 3 nəfər - Səudiyyə Ərəbistanı şahzadəsi, Rusiya və ABŞ prezidentləri müəyyən ediblər və bundan sonra da onlar müəyyən edəcəklər.
Miq.az Report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Agentliyin köşə yazarı Culian Linin fikrincə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neftin qiymətinə nəzarət etmək imkanını əldən verib.
"Hazırda ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə OPEC üzvü olan 15 ölkədən daha çox neft istehsal edir. "Qara qızıl"ın qiymətinə təsir edən həmin 3 insanın müxtəlif məqsədləri var. Səudiyyə Ərəbistanı dövlət büdcəsini artırmaq üçün yanacaq istehsalını azaltmaqda davam edəcək. Rusiya 2016-cı illə müqayisədə neftin qiymətindən daha az asılıdır və bu ölkənin neft şirkətləri artıq yatırdıqları investisiyalardan pul qazanmaq istəyirlər. Prezident Vladimir Putini neftin hər barel üçün 70 dollarlıq qiyməti "tam olaraq qane edir". Prezident Donald Trampın mövqeyi isə sözün həqiqi və məcazi mnənasında daha "möhkəmdir". Çünki rəsmi Vaşiqton Ər-Riyad ilə jurnalist Camal Qaşıqçının qətli fonunda yaxşı münasibətlər saxlamağa çalışır. Baxmayaraq ki, ABŞ Senatı Səudiyyə Ərəbsitanına qarşı sanksiyaların sərtləşdirilməsini təkid edir", - yazar deyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib