Türkiyə, ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq, Rusiyanı Suriya müxalifətinə və mülki vətəndaşlarına yönəlmiş hücumlara dərhal son verməyə, Moskvanı İŞİD-ə qarşı mübarizə aparmağa çağırıblar.
Yeddi dövlətin yaydığı birgə bəyanatda deyilir: "ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər, Səudiyyə Ərəbistan və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi əməliyyatları haqqında aşağıdakıları xüsusi ilə bəyan edirik:
Rusiya Federasiyasının Suriyaya hərbi qüvvə cəmləməsindən, özəlliklə Hərbi Hava Qüvvələrinin dünəndən başlayaraq Hama, Humus və İdlibdə mülki vətəndaşların ölümünə səbəb olan və İŞİD-i hədəfə almayan hücumlarından narahatıq.
Gərginliyin artmasına səbəb olan bu hərbi fəaliyyət ekstremizmin və radikallaşmanın daha da güclənməsindən, münaqişənin körüklənməsindən başqa heç nəyə xidmət etməyəcək".
Qeyd edək ki, Rusiya tərəfi Suriyada İŞİD-in komandanlıq məntəqəsinə zərbələr endirdiyini bildirib.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL