Samux rayon sakini, 23 yaşlı İsbəndiyar Quliyev bir neçə il əvvəl cəbhədə baş verən döyüşdə iştirak edərək medal alsa da, 2 ilə yaxındır ki, iş tapa bilmir.
Miq.az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən rayonun Qarabağlar kənd sakini İ.Quliyev deyib ki, 2014-cü il avqustun 1-dən 2-nə keçən gecəki döyüşlərdə iştirak edib: "Qumbaraatan və avtomatla döyüşmüşəm, düşmən əsgərlərini məhv etmişəm. Həm də yaralı əsgərlərimizi və şəhidlərimizi döyüş zonasından çıxarmışam. Buna görə də "Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü Dərəcəli” medal almışam. 2015-ci ilin yanvar ayında ordudan tərxis olunmuşam, o vaxtdan bəri işsizəm. Döyüşlərdə qumbara atdığım üçün sinir və eşitmə sistemim zədələnmişdi.
Hərbi xidmətdən gələndən sonra bir neçə ay müalicə olundum. Hazırda valideynlərimlə birgə yaşayıram. Atam ürəyindən müalicə olunduğu üçün işləyə bilmir. Mən isə fəhləlik edib günə 7-8 manat qazanıram. Bu məvaciblə isə ailəmi dolandıra bilmirəm.
İş üçün Samux rayon İcra Hakimiyyətinə müraciət etdim. Məni Məşğulluq Xidmətinə göndərdilər. Orada da mənə aylıq 135 manat maaşla dağda tarla sulamaq işi təklif edildi. Daxili İşlər Nazirliyinə müraciət etdim, boyum 174 santimetr olduğu üçün götürmədilər. Hara müraciət edirəmsə, iş tapa bilmirəm”.
İ.Quliyev ali təhsili olmadığı üçün iş tapa bilmədiyini, İcra Hakimiyyətində isə ondan diplom tələb edildiyini deyib.

Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?