Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən ermənilər Qarabağda sakit yaşayır.
Miq.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski "Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi.
"Bu sözlər Tacikistan və Donbasa da aiddir. Əgər siz rusları sıxışdırıb öldürməsəydiniz, heç bir problem olmazdı", - Jirinovski bildirib.
O əlavə edib ki, gürcü hərbçilər son 20 ildə 100 rus xüsusi təyinatlısını öldürüb:
"Biz bunu dayandırdıq, Osetiya və Abxaziyanı xilas etdik. Biz bütün keçmiş SSRİ əhalisini qoruyacaq və xilas edəcəyik. Demokratiya budur".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?