Ekspert: “Bakı Laçın məsələsindən sonra ruslarla bağladığı sazişin 11-ci bəndinin icrasına start verəcək”

Ekspert: “Bakı Laçın məsələsindən sonra ruslarla bağladığı sazişin 11-ci bəndinin icrasına start verəcək”

"Qarabağ və Ermənistan ətrafında problem təkcə, Laçın şəhəri və Zabux qəsəbəsinin Azərbaycana verilməsi ilə bitməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Artak Akopyan deyib.

O bildirib ki, bundan sonrakı mərhələ Ermənistan üçün daha təhlükəli şəkil almağa başlayacaq. Onun sözlərinə görə, Rusiya indiki məqamda heç bir şəkildə Azərbaycan və Türkiyə ilə toqquşmaya getmək niyyətində deyil. "Ukrayna müharibəsi fonunda Rusiya bir sıra ciddi problemlərlə üzləşib. Ona Qafqazda və digər maraq dairəsi olan yerlərdə yeni cəbhə qətiyyən lazım deyil. Eyni zamanda, hazırda Rusiya ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər yüksək səviyyədədir”.

Akopyan qeyd edir ki, Azərbaycan gələcək istəklərinin yol xəritəsini reallaşdırdığını da gizlətmir. "Laçın məsələsindən sonra Azərbaycan Rusiya ilə imzaladığı müttəfiqlik haqqında sazişin 11-ci bəndin icrasına start verəcək. Bu isə o deməkdir ki, rəsmi Bakı birmənalı olaraq Qarabağdakı silahlı dəstələri tərksilah etməyə başlayacaq. Çünki həmin sazişin 11-ci bəndində deyilir ki, "Rusiya və Azərbaycan öz ərazilərində qarşı tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə almağı razılaşdırırlar”. Azərbaycan Qarabağda tərksilah əməliyyatına başlayarsa, həmin bənddən irəli gələn öhdəliyə əsasan Rusiya heç bir əks addım atmayacaq”.

Erməni eskspert deyir ki, Ukrayna müharibəsi ilə məşğul olan Rusiya tərəfi Azərbaycanın o tələbinə yenidən müqavimət göstərmək istəməyəcək. "Xüsusən də Azərbaycan öz tələblərini Türkiyə ilə razılaşdırdığına görə. Müsbət addım atdıqdan sonra sonuncular Kremlə bizim hesabımıza azərbaycanlılara təzminat tələb edəcəklər”.

Amma Akopyan bir qədər dəirəli gedərək, məsələnin Qarabağla da bitəcəyinə inanmır. "Azərbaycan Qarabağ problemini həll etdikdən sonra Sünikə, daha doğrusu Zəngəzur Dəhlizinə yönələcək və bunu da həll edəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az