Azərbaycanın tanınmış professorunun iki oğlu beynəlxalq axtarışa verilib.
38 yaşlı Eldar Azakov mənimsəmədə, onun qardaşı 35 yaşlı Fərid Azakov isə mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.
Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.
Axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi” kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.
Bu barədə S. Azakov övladlarının axtarışda olması xəbərini təsdiqləyib: "Mənim bir oğlum xaricilərlə birlikdə işləyirdi. Onlar Bakıda şirkət açmışdılar. Həmin xaricilər oğlumun vasitəsilə Azərbaycanda qanunsuz işlər görmək istəyirdilər. Təbii ki, övladlarım buna razı olmazdılar və bu işə getmədilər. Onlar da vəziyyətin belə alındığını görüb övladlarımdan qisas almaq üçün prokurorluğa şikayət etdilər. Həmin şikayət əsasında prokurorluqda iş açıldı və övladlarım Azərbaycanda olmadıqları üçün barələrində axtarış elan edildi. Mən bir ata kimi sizi əmin edirəm ki, Eldarın və Fəridin heç bir günahı yoxdur. Ümid edirəm ki, bu məsələ tezliklə ədalətli həllini tapacaq”.
S. Azakov axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib(APA).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
