Aktrisa bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb
Əməkdar artist Gülnar Salmanovanın səhhəti pisləşib. Vətəninfo.az ANS TV-ə istinadən xəbər verir ki, Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşayan sənətkarın qəfildən ürək ağrısı tutub və yerə yıxılıb. Bu zaman o, evdə tək olub. Hamamdan yataq otağına keçmək istəyən aktrisa, hadisə zamanı oğlu ilə telefonla danışırmış. Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyevaya ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O, isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Mənzilin pəncərəsinin dəmir çərçivəsi kəsilərək içəri daxil ola biliblər. Qapını açmağa müvəffəq olublar. Dərhal təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Həm şəkər, həm də xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist sullarımızı cavablandırarkən kövrəldi.
Gülnar xanımın ilk köməyinə çatanlar, onun sənət yoldaşları olub. Övladı isə uzaq rayonlardan birində iş başında olduğundan gəlib çıxa bilməmişdi. Sənət yoldaşları buna baxmayaraq onu tək buraxmayıb.
Qonşulardan aldığımız məlumata görə, son günlər Gülnar Salmanova çölə çıxa bilmirmiş. Ona görə də ona elə qonşuları yardım edirmiş. Hər halda, ömrünü sənətə həsr etmiş bu xanımı tək buraxmayaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR