Ər arvadına 20 bıçaq zərbəsi vurdu

Ər arvadına 20 bıçaq zərbəsi vurdu
Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.

Miq.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəmnində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov arvadına D.Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər üzərində cərrahiyyə əməliyyatı aparılan yaralı qadının vəziyyətini ağır olduğunu bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az